• Bakı 26° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Orban: Üçüncü dünya müharibəsi təhlükəsi durmadan artır

DÜNYA

26 Iyul 2025 | 17:26

Orban: Üçüncü dünya müharibəsi təhlükəsi durmadan artır

Beynəlxalq vəziyyətin kəskinləşməsi üçüncü dünya müharibəsinə çevrilə biləcək qlobal münaqişə ehtimalını artırır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Rumıniyanın Beile-Tuşnad şəhərində bildirib.

O vurğulayıb ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra qlobal münaqişə ehtimalı azalsa da, tamamilə aradan qalxmayıb.

"Gərginliyin artmasına səbəb olan amillər arasında beynəlxalq münaqişələrin sayının artmasını, silahlanma yarışını, ticarət məhdudiyyətlərinin və iqtisadi sanksiyaların güclənməsini, dünyanın hərbi bloklara bölünməsini və kasıb ölkələrdən daha inkişaf etmiş regionlara miqrasiyanın artmasını göstərmək olar", - baş nazir qeyd edib.

V.Orban əmindir ki, NATO sammitindən sonra alyansla Rusiya arasında hər hansı silahlı münaqişənin üçüncü dünya müharibəsinə gətirib çıxaracağından ehtiyatlanan əksəriyyət formalaşır. O, belə bir eskalasiyaya yol verməməyə çağırıb.


SON XƏBƏRLƏR

26 Iyul 2025