• Bakı 28° C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Talış və Tapqaraqoyunlu istiqamətində yanğınlar meşəlik əraziyə keçib - YENİLƏNİB

HADİSƏ

26 Iyul 2025 | 12:54

Talış və Tapqaraqoyunlu istiqamətində yanğınlar meşəlik əraziyə keçib - YENİLƏNİB

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar geniş əraziyə yayılaraq meşəlik əraziyə keçib.

Ərazinin çətin relyefli olması yanğına qurudan operativ müdaxilədə çətinliklər yaradır. Bunun üçündə daha çox havadan müdaxilə zərurəti yaranıb.

Hazırda hadisə yerində FHN-in yanğınsöndürmə briqadaları ilə yanaşı, helikopterlər də yanğını söndürmək üçün fəaliyyətlərini davam etdirirlər.

****
11:56
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.

Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.

***

11:04

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.


SON XƏBƏRLƏR