• Bakı 30° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olunub

HADİSƏ

25 Avqust 2025 | 09:25

Fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olunub

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, tədbirlər nəticəsində 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

24 Avqust 2025