• Bakı 27° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Bakı Rusiya-Ukrayna dialoquna ev sahibliyi edə bilər? - AÇIQLANDI

SİYASƏT

26 Iyul 2025 | 15:09

Bakı Rusiya-Ukrayna dialoquna ev sahibliyi edə bilər? - AÇIQLANDI

“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman verib.

    “Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Suriya və İsrail arasındakı müzakirələr də Bakıda keçirilib. Rusiya və ABŞ da raket əleyhinə müdafiə məsələsi ilə bağlı strateji danışıqlarını Bakıda aparıblar. Son vaxtlarda Bakıda digər diplomatik tədbirlər keçirilib. Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.


    SON XƏBƏRLƏR

    26 Iyul 2025