• Bakı 26° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Tramp yoxa çıxan 100 milyon dollardan DANIŞDI 

DÜNYA

26 Iyul 2025 | 16:18

Tramp yoxa çıxan 100 milyon dollardan DANIŞDI 

ABŞ prezidenti Donald Tramp Los-Ancelesdə baş verən yanğınlarla bağlı maliyyə vəsaitlərinin itməsi məsələsində ciddi iddialar irəli sürüb.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, yanğınlardan zərərçəkənlər üçün ayrılmış 100 milyon dollar vəsait yoxa çıxıb.

“Tam bir fəlakət. Bu, növbəti Demokrat saxtakarlığına bənzəyir”, - deyə Tramp öz paylaşımında qeyd edib.

Onun sözlərinə görə, bu hadisə Kaliforniya ştatında – xüsusilə də Demokratların nəzarətində olan bölgələrdə idarəçiliyin qeyri-şəffaf və məsuliyyətsiz olduğunu bir daha sübut edir. Donald Tramp iddia edir ki, bu vəsaitlərin hara və necə xərcləndiyi barədə ictimaiyyətə aydın və hesabatlı informasiya təqdim olunmayıb. Onun fikrincə, bu tip korrupsiya halları ciddi şəkildə araşdırılmalı, məsul şəxslər cavab verməlidir.

Kaliforniya rəhbərliyinin məsələ ilə bağlı cavabı gözlənilir.


SON XƏBƏRLƏR

26 Iyul 2025