• Bakı 27° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Ukraynada Azərbaycan Milli Qəhrəmanının xatirə guşəsinin təqdimatı olub

SİYASƏT

26 Iyul 2025 | 17:55

Ukraynada Azərbaycan Milli Qəhrəmanının xatirə guşəsinin təqdimatı olub

Bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin iştirakı ilə Kropyvnytski şəhərində yerləşən Dövlət Uçuş Akademiyasında, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun xatirə guşəsinin təqdimatı olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Akademiya kollektivinin təşəbbüsü, Ukrayna Ali Radasının deputatı Roma Hrişçukun və səfirlik komandasının dəstəyi ilə Aleksandr Kalyaninovun adını daşıyan memorial auditoriya və Milli Qəhrəmanın həyatına, təhsilinə, peşə yoluna və baş vermiş faciəyə həsr olunmuş tematik ekspozisiya yaradılıb.

Burada QR-kod vasitəsilə onun haqqında daha ətraflı məlumat əldə etmək mümkündür. Hazırda UDUA-da Azərbaycandan 60-dan çox kursant təhsil alır. Görüş zamanı Akademiya rəhbərliyi ilə Azərbaycan Respublikasının aviasiya qurumları və təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi üzrə konkret növbəti addımlar müzakirə olunub.

Səfir qəhrəmanın xatirənin qorunmasına və Ukrayna-Azərbaycan aviasiya tərəfdaşlığının inkişafına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin Rusiya ərazisində vurulması nəticəsində kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninovun peşəkarlığı və qətiyyətli qərarları sayəsində göyərtədə olan 67 nəfərdən 29-nun həyatı xilas olunub.


SON XƏBƏRLƏR

26 Iyul 2025