"ABŞ-Azərbaycan münasibətləri Donald Trampın hakimiyyəti dövründə yüksələn xətt üzrə inkişaf edib. ABŞ-nin 2025-ci il yanvarın 20-nə kimi Azərbaycan siyasəti ilə ondan sonrakı siyasəti arasında ciddi fərq var".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Ekspert bildirib ki, sabiq prezident Co Baydendən fərqli olaraq Donald Tramp administrasiyası Azərbaycanla münasibətlərə dəyər verdiyini göstərdi.
S.Hümbətov hesab edir ki, ABŞ-Azərbaycan münasibətləri gələcəkdə də inkişaf edə bilər. Onun sözlərinə görə, münasibətlərin yüksək səviyyədə olması regiona sülh gəlməsi üçün böyük əhəmiyyət daşıyır:
“Çünki böyük dövlətlərin orta və kiçik ölkələr üzərində təsir imkanları mövcuddur. Azərbaycan liderinin Donald Tramp və ABŞ ilə münasibətlər barədə söylədikləri, eyni zamanda Trampın Azərbaycan dövlətinə və rəhbərinə münasibəti ikili münasibətlərə müsbət təsir göstərən amillərdir”.
Samir Hümbətov, siyasi şərhçi
Müsahibimizə gğrə, təbii ki, zaman-zaman hər bir dövlət arasında soyuqluq yaşanması normaldır:
“Ancaq Tramp dövründə müsbət dönüşün olduğunu görürük. Hər iki tərəf münasibətlərə isti yanaşır. ABŞ dünyanın hegemon dövlətidir. Siyasi-iqtisadi və hərbi baxımdan təkqütblü dünyanın başında dayanır. ABŞ-nin Cənubi Qafqazla baxışı tamamilə dəyişib”.
S.Hümbətov qeyd edib ki, bu gün Vaşinqtonun Avrasiya bölgəsində əsas müttəfiqi qardaş Türkiyədir. Türkiyə NATO-nun ikinci böyük gücüdür. ABŞ-nin Cənubi Qafqazda sülh və sabitlik tərəfdarı olması bölgəyə sülhün gəlməsi ehtimalını artırır:
“Bu, Qərb, Avropa ölkələri ilə yanaşı, Rusiya və İran kimi qonşuları da prosesə müdaxilədən çəkindirə, ehtiyatlı davranmasına səbəb ola birlə . Ümumən, Tramp digər Amerika prezidentlərindən fərqli olaraq məsələlərə daha rasional yanaşır".
Aydın Baxış