• Bakı 26° C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Tailand Kamboca ilə sərhəddə mübahisəli zirvəni nəzarətə götürüb

DÜNYA

26 Iyul 2025 | 09:25

Tailand Kamboca ilə sərhəddə mübahisəli zirvəni nəzarətə götürüb

Tailand Silahlı Qüvvələri Kamboca ilə sərhəddə mübahisəli ərazi olan Phu Ma Kua zirvəsinə tam nəzarəti ələ keçirib.

Bu barədə Bakıvaxtı.az Tailandın “The Nation” nəşrinə istinadən xəbər verib.

Tailand Kral Ordusu (RTATrend) sosial şəbəkələrdə bildirib ki, Kamboca qoşunlarının ərazini geri almaq cəhdi dəf edilib. Davam edən hücumlara baxmayaraq, Tailand qüvvələri mövqelərini qoruyub saxlayıblar.

Səhər saatlarında ordu Phu Ma Kuada vəziyyətin tam sabitləşdiyini bildirib.

"Biz heç kimə ərazimizə müdaxilə etməyə imkan verməyəcəyik", - bəyanatda deyilir.


SON XƏBƏRLƏR