Britaniya polisi Londonun Notting Hill rayonunda Karib Karnavalı zamanı 140 nəfəri həbs edib.
Bakıvaxtı.az xəbər verir ki, karnavalın ilk tam günü ərzində polis izdihamı dağıtma əməliyyatına başlayıb.
Polisin bu əməliyyatı çərçivəsində 140 nəfər saxlanılıb. Qeyd olunur ki, 105 nəfər karnavalın özündə, 35 nəfər isə ona yaxınlaşma ilə bağlı həbs edilib.
O cümlədən 15 nəfər polisə hücum etdiyinə görə, 21 nəfər silah saxlamağa, 30 nəfərdən çoxu isə narkotik maddə saxlamağa görə həbs edilib.
Qeyd edək ki, Notting Hill karnavalı paytaxt Londonda 1964-cü ildən hər il təşkil olunan karnavaldır. Karnaval Braziliyada keçirilən Rio karnavalından sonra dünyada ən böyük küçə şənliyidir.