• Bakı 30° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

BMT Qəzzadakı vəziyyəti fəlakətli adlandırıb

DÜNYA

25 Avqust 2025 | 09:15

BMT Qəzzadakı vəziyyəti fəlakətli adlandırıb

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn Qəzza zolağında ərzaqla bağlı vəziyyəti fəlakətli adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT rəsmisi Yaponiyanın “NHK” telekanalına müsahibəsində danışıb.

Makkeynin sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzzanın ehtiyac duyduğu miqdarda ərzaq təmin edə bilən ən böyük və yeganə təşkilatdır, lakin humanitar işlərə İsrail hərbçilərinin hərəkətləri mane olur:

“Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı problemi var, insanlar aclıqdan ölür. Bizə silahlar, tanklar və digər silahlar tuşlananda çox çətindir”.

Qəzza Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, döyüşlər nəticəsində zolağında həlak olan fələstinlilərin ümumi sayı 62 mini keçib, 157 mindən çox sakin yaralanıb, anklavın daha 270 sakini, o cümlədən 112 uşaq aclıqdan ölüb.


SON XƏBƏRLƏR

24 Avqust 2025