Almaniya ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət sazişindən kənara çıxmalı və yaxın illərdə yeni ticarət tərəfdaşları tapmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində keçirilən "Açıq qapı" günündə deyib.
“Məsələn, amerikalılar artıq Ümumdünya Ticarət Təşkilatının qaydaları ilə oynamağa hazır deyillərsə, biz qlobal ticarəti necə idarə edə bilərik? Biz dünyada bizim fikirlərimizi bölüşən tərəfdaşlar axtarmalıyıq”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ticarət imkanları Cənubi Amerika, Asiya və Afrikada açıla bilər və bunlar qarşılıqlı faydalı olmalıdır.