• Bakı 28° C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

“Dreamfest”də həmin xəyanəti təqlid etdilər - VİDEO

ŞOU

26 Iyul 2025 | 10:56

“Dreamfest”də həmin xəyanəti təqlid etdilər - VİDEO

Bakıda keçirilən “Dreamfest”in üçüncü günündə “kiss cam” zamanı maraqlı anlar yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, cütlüklərdən biri kamerada göründüyü anda gizlənirmiş kimi hərəkətlər edib. Onlar 10 gün öncə Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertindəki qalmaqallı xəyanəti təqlid ediblər. 

Daha sonra kişi barmağındakı üzüyü göstərib. Bu da konsertdə gülüşə səbəb olub və sosial şəbəkələrdə yayılıb. Festivalın digər iştirakçıları da kameralarda sevgilərini nümayiş etdiriblər. 

Xatırladaq ki, Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayronun xəyanəti üzə çıxıb. Endi ilə həmin şirkətin HR müdiri Kristin Kebotun gizli sevgisi üzə çıxandan sonra onların işdən çıxarıldığı bildirilir. 


SON XƏBƏRLƏR