• Bakı 26° C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Rusiyanın Xarkova hücum etdi - yaralılar var

DÜNYA

26 Iyul 2025 | 09:45

Rusiyanın Xarkova hücum etdi - yaralılar var

Şənbə gününə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Xarkova idarə olunan aviasiya bombaları, ballistik raketlər və dronlarla hücumu nəticəsində beş nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov sosial şəbəkələrdə yazıb.

"Beş nəfər xəsarət alıb. Onlardan üçü xilasedicidir", - o qeyd edib.

"Endirilən 20-dən çox zərbə nəticəsində çoxmərtəbəli yaşayış binaları, mülki müəssisə, yollar, kontakt şəbəkəsi zədələnib. Səhər saatlarına olan vəziyyətə görə, Kiyevski rayonunda baş vermiş 7 yanğının söndürülməsi davam edir", - İ.Terexov bildirib.


SON XƏBƏRLƏR