• Bakı 28° C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Radarlardan itən hərbi helikopterin qalıqları tapıldı

DÜNYA

26 Iyul 2025 | 10:03

Radarlardan itən hərbi helikopterin qalıqları tapıldı

Axtarış qrupları Almatı vilayətində planlaşdırılmış uçuş zamanı radarlardan itən EC-145 hərbi helikopterinin qalıqlarını tapıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub.

Hadisənin bütün hallarını müəyyən etmək üçün qəza baş verdiyi iddia edilən əraziyə xüsusi komissiya göndərilib.

Sputnik Qazaxıstan bildirib ki, cümə günü təyyarədən gələn siqnal itib, bundan sonra genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları təşkil edilib.

Əməliyyata əlavə təyyarələr, o cümlədən 100-dən çox canlı qüvvə və 15-ə yaxın texnika, o cümlədən pilotsuz uçuş aparatları cəlb olunub.

Mina Mikayıılova


SON XƏBƏRLƏR