• Bakı 26° C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Kamboca MN: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir

DÜNYA

26 Iyul 2025 | 09:38

Kamboca MN: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir

Tailand Kamboca ərazilərinə hücum əməliyyatlarını genişləndirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçxeat bildirib.

Onun sözlərinə görə, iyulun 24-dən bəri Tailand qoşunları təkcə Kambocanın hərbi mövqelərinə deyil, həm də məktəblər, yanacaqdoldurma məntəqələri və yaşayış məntəqələri də daxil olmaqla mülki obyektlərə zərbələr endirir. Bu hücumlarda ağır döyüş sursatları və hərbi texnikadan, o cümlədən F-16 qırıcıları və kaset bombalarından istifadə edilib.

Bununla yanaşı, Tailand Kambocada Kaxkonq və Pousat əyalətləri ilə həmsərhəd olan Trat və Çantxaburi əyalətlərinin bir sıra rayonlarında hərbi vəziyyət elan edib və Bontey-Miençey əyaləti ilə sərhəd boyunca əlavə qoşun yerləşdirib. "Bu addımlar Tailandın münaqişəni genişləndirmək və Kambocanın ərazi suverenliyini pozmaq niyyətini açıq şəkildə nümayiş etdirir", - Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.


SON XƏBƏRLƏR