• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçumuz Universiadada gümüş medal qazandı

İDMAN

25 Iyul 2025 | 20:50 | Müəllif: Subhan Mahmudov

Cüdoçumuz Universiadada gümüş medal qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Cənubi Koreya təmsilçisi Kim Conqhunu sınağa çəkib.

Finalda rəqibinə məğlub olan E.Hacıyev gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bununla da Azərbaycanın Universiadada qazandığı medalların sayı dördə çatıb. Daha əvvəl bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026