• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paralimpiyaçılarımız İstanbulda 4 medal qazandılar

İDMAN

25 Iyul 2025 | 23:12 | Müəllif: Subhan Mahmudov

Paralimpiyaçılarımız İstanbulda 4 medal qazandılar

Azərbaycanın milli paralimpiya komandası Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında dörd medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ikinci yarış günündə mübarizəyə qoşulan parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.

Bayraqdar Sabir Zeynalov (K44, 58 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.

Ayxan Nuriyev isə bürünc medala yiyəlınib.

16 yaşlı parataekvondoçu Səmayə Həsənova da (K44, 47 kq) mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən idmançı iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026