• Bakı 28° C

    14.35 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Sankt-Peterburqda keçirilən Baş Dəniz Paradı ləğv edildi

DÜNYA

25 Iyul 2025 | 14:53

Sankt-Peterburqda keçirilən Baş Dəniz Paradı ləğv edildi

Sankt-Peterburqda iyulun 27-də keçiriləcək Baş Dəniz Paradı ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin nəqliyyat komitəsi məlumat yayıb.

Komitənin bəyanatında bildirilib ki, Hərbi Dəniz Qüvvələri Gününün qeyd olunması ilə bağlı tədbirlər keçirilməyəcək.

"Atəşfəşanlıq, Baş Dəniz Paradı, eləcə də su gəmilərinin yelkənli, avarçəkən və motorlu gəmilərin və reaktiv xizəklərin kolonnalarının keçidi ləğv edilib", - məlumatda qeyd olunub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026