• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Qazaxıstanda hərbi helikopter radarlardan itib

DÜNYA

25 Iyul 2025 | 15:01

Qazaxıstanda hərbi helikopter radarlardan itib

Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Hazırda Qazaxıstanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilməklə axtarış-xilasetmə işləri aparılır.

Bütün halların araşdırılması üçün hadisə yerinə xüsusi komissiya göndərilib.

"100-dən çox canlı qüvvə və təxminən 15 vahid texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb edilib", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

25 Iyul 2025