• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Əli Əsədov Somalinin XİN rəhbəri ilə görüşdü - FOTO

SİYASƏT

25 Iyul 2025 | 16:10

Əli Əsədov Somalinin XİN rəhbəri ilə görüşdü - FOTO

Azərbaycan Baş naziri Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycanla Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.


SON XƏBƏRLƏR

25 Iyul 2025