Suriya Xarici İşlər Nazirliyi İsraillə təhlükəsizlik sazişi imzalamaq planları ilə bağlı məlumatları təkzib edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasına görə, qurum iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı yayılan xəbərləri təkzib edir.
Qeyd edək ki, bundan əvvəl “Al Alarbiya” Suriya mənbələrinə istinadla Dəməşq və Təl-Əvivin sentyabrın 25-də ABŞ-nin vasitəçiliyi ilə təhlükəsizlik sazişi imzalayacağı barədə məlumat yaymışdı.