ABŞ Prezidenti Donald Tramp təqribən 9,1 milyard dollarlıq federal ixtisar paketini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, “The Hill”in məlumatına görə, bu qanun ictimai yayım və xarici yardımların ciddi şəkildə azaldılmasını nəzərdə tutur.
Qanun layihəsi Konqres tərəfindən qəbul edildikdən sonra Trampın imzası ilə rəsmiləşib.
Paket çərçivəsində 8 milyard dollar xarici yardım və 1,1 milyard dollar dövlət yardımı ixtisar edilib.
Beləliklə, sənədin qanun statusu qazanması ilə ABŞ federal xərclərində əhəmiyyətli azalma baş verib.
Əli Hüseynov