• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Türkiyədə temperatur 50 dərəcəni keçib

DÜNYA

25 Iyul 2025 | 21:59 | Müəllif: Subhan Mahmudov

Türkiyədə temperatur 50 dərəcəni keçib

İyulun 25-də Türkiyədə yeni temperatur rekordu qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin cənub-şərqindəki Şırnak vilayətinin Silopi rayonunda termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib. Bu, meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək göstəricidir.

Ölkənin bir çox vilayətinin yerli hakimiyyət orqanları əhalini zərurət olmadıqca çölə çıxmamağa çağırıb.

Ankara da daxil olmaqla, onlarla şəhərdə temperatur 40 dərəcədən yuxarı olub.

Meteoroloqlar bildirirlər ki, ölkə üzrə temperatur mövsümi normanı 7-12 dərəcə üstələyir. Havanın soyuması iyulun 31-dən sonra proqnozlaşdırılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026