• Bakı 30° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO

CƏMİYYƏT

25 Iyul 2025 | 17:04

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.

Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.


SON XƏBƏRLƏR

25 Iyul 2025