Gürcüstan və Ermənistan birgə gömrük məntəqəsi ilə bağlı məsələlərə aydınlıq gətirir.
Bakıvaxtı.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, İrəvanda keçirilən işçi görüşdə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin nümayəndələri iki ölkə arasında fiziki şəxslərin və nəqliyyat vasitələrinin sərhədi keçməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Gürcüstan Gömrük Departamentinin rəhbəri vəzifəsini icra edən Mixail Çokoşvilinin qeyd etdiyi kimi, layihə gömrük idarələri arasında səmərəli əməkdaşlığa, təhlükəsizlik tələblərinə əməl olunmasına və artan yük axını kontekstində qanuni ticarətə təkan verəcək.