• Bakı 20° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

AMB "Premium Bank” və onun vəzifəli şəxsini cərimələyib

İQTİSADİYYAT

25 Iyul 2025 | 16:56 | Müəllif: Əli Hüseynov

AMB "Premium Bank” və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premium Bank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən "Premium Bank” 50 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə bankın vəzifəli şəxsi 10 min manat cərimə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026