• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Qazaxıstanda hərbi helikopter radarlardan itdi

DÜNYA

25 Iyul 2025 | 14:43

Qazaxıstanda hərbi helikopter radarlardan itdi

Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri itib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, helikopter planlı uçuş zamanı radarlardan itib.

Respublikanın Hava Hücumundan Müdafiə Qoşunlarının mətbuat xidmətindən bildirilib ki, onun axtarışına Müdafiə Nazirliyinin əlavə təyyarələri göndərilib.

Qeyd olunub ki, təyyarədə üç ekipaj üzvü olub. 

Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan axtarış-xilasetmə əməliyyatlarına 100-dən çox canlı qüvvə və 15-ə yaxın texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb olunub. Hadisənin bütün hallarını aydınlaşdırmaq üçün xüsusi komissiya da hadisə yerinə gedib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Iyul 2025