İsrail Ordusunun bu həftə keçirdiyi xüsusi əməliyyat nəticəsində HAMAS-ın Ümumi Təhlükəsizlik İdarəsinin Kəşfiyyat xidmətinin rəhbəri Amjad Muhammad Hassan Şaer zərərsizləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.
Bildirilib ki, zərərsizləşdirilən şəxsin rəhbərlik etdiyi xidmət HAMAS əleyhinə kəşfiyyat fəaliyyətinin aşkara çıxarılması, eləcə də yüksək vəzifəli şəxslərin, habelə təşkilata məxsus olan və Qəzza sektorunda, bu ərazindən kənarda yerləşən obyektlərin təhlükəsizliyinin təminatı ilə məşğul olur.
Qurumun fəaliyyət istiqamətlərinə həmçinin kəşfiyyat qiymətləndirilməsinin aparılması və İsrailə qarşı hücumlarla bağlı qərarların qəbulu da daxildir.