Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.
Bakıvaxtı.az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin Karabük vilayətində meşə yanğınları səbəbi ilə 14 kənd təxliyə edilib.
Kəndlərin bəzisində evlərin və tövlələrin zərər gördüyü bildirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Antalyanın Aksu rayonunda da meşəlik ərazidə yanğın başlayıb. Yanğınla mübarizə üçün 8 helikopter, 32 su maşını, 2 yanğın söndürən texnika və 186 nəfərlik heyət cəlb olunub.
Əraziyə yaxın evlərdə təxliyə işi aparılıb.