• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Rusiya Elşən İbrahimovu deportasiya etdi - YENİLƏNİB

GÜNDƏM

09 Iyul 2025 | 21:30

Rusiya Elşən İbrahimovu deportasiya etdi - YENİLƏNİB

Azərbaycan diasporunun Moskvadakı rəhbəri Elşən İbrahimov Rusiyanı tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, Elşən İbrahimov Moskvanın Şeremetyevo hava limanından “Aeroflot”un reysi ilə Bakıya yola salınıb.

***21:02

Moskva vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, İbrahimov növbəti reyslə Moskvanın Şeremetyevo şəhərindən Bakıya uçur.

İyulun 4-də İbrahimov ölkədə olma qaydalarını pozduğuna görə saxlanılıb və vətəndaşlıqdan məhrum edilib. Onun yaxın vaxtlarda ölkədən deportasiya olunacağı bildirilirdi.


SON XƏBƏRLƏR

02 Dekabr 2025