Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabatı Milli Məclisə daxil olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 15-də keçirilən iclasında müzakirə ediləcək.
Qeyd edək ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qurum fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir.