• Bakı 20° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqları başlayıb

İQTİSADİYYAT

10 May 2025 | 15:30

İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqları başlayıb

Cenevrədə Çin və ABŞ arasında yüksək səviyyəli iqtisadi və ticarət danışıqları başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çin nümayəndə heyətinə hökumətin maliyyə-iqtisadi blokuna nəzarət edən He Lifeng başçılıq edir. Vaşinqtonu maliyyə naziri Skott Bessent təmsil edir.

Bundan əvvəl ABŞ-ın ticarət naziri Hovard Lutnik Çin məhsullarına rüsumların ləğv edilməsi ehtimalını istisna etmişdi. Ticarət Nazirliyinin sözçüsü He Yadonq da deyib ki, Çin fundamental məsələlərdə güzəştə getməyəcək və ya ABŞ prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə etmək üçün ədaləti qurban verməyəcək.

Aprelin 2-də Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. ABŞ-nin Çindən gələn mallara rüsumları 145%-ə çatır. Buna cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ mallarına tarifləri 125%-ə qaldırıb.


SON XƏBƏRLƏR