• Bakı 22° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

BOKT "İdeal Kredit" MMC-nin banklara və səhmdarlara olan borcu artıb

İQTİSADİYYAT

07 Iyun 2025 | 17:28

BOKT İdeal Kredit MMC-nin banklara və səhmdarlara olan borcu artıb

Ötən il bank olmayan kredit təşkilatı "İdeal Kredit" MMC-nin cəmi öhdəlikləri 10 milyon 604 min 414 manat təşkil edib. Bu 2023-cü illə müqayisədə 1,3 dəfə artım deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, öhdəliklərin 5 milyon 150 min 125 manatı bank kreditləridir. Səhmdarlara olan borclar isə 3 milyon 649 min 960 manatdır.

Əlavə olaraq, qurumun Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da olan borcu 2023-cü illə müqayisədə 1,7 dəfə artaraq 21 min 607 manat təşkil edib.

2024-cü ilin sonunda təşkilatın cəmi öhdəlikləri və kapitalı 17 milyon 916 min 26 manat həcmində olub.

Onu da bildirək ki, qurum 2024-cü ildə müştərilərə 15 milyon 726 min 137 manat həcmində kredit və avans verib.

BOKT "İdeal Kredit" MMC-nin nizamnamə kapitalı ötən il dəyişməyərək 646 min 700 manat həcmində qalıb.

Qeyd edək ki, MMC "İdeal Kredit” adı ilə 2014-cü ilin noyabrından fəaliyyətə başlayıb. Şirkətin direktoru isə Qubad Qubadovdur.


SON XƏBƏRLƏR

07 Iyun 2025