• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Azərkosmos 5 ayda 7 milyon dollarlıq xidmət ixrac edib

İQTİSADİYYAT

07 Iyul 2025 | 13:40

Azərkosmos 5 ayda 7 milyon dollarlıq xidmət ixrac edib

2025-ci ilin yanvar-may aylarında Azərkosmos ümumilikdə 7 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda məlumat verilir.

Hesabat dövründə Azərkosmos-un xidmət ixrac etdiyi əsas ölkələr sırasında ilk yeri 1,9 milyon dollarla Böyük Britaniya tutur.

Onu 1,5 milyon dollarla Lüksemburq, 345,6 min dollarla Nigeriya, 300,6 min dollarla Türkiyə və 298,2 min dollarla Misir izləyir.

Qeyd edək ki, yerin məsafədən müşahidə peyki missiyasını planlaşdırılandan bir il tez, fəaliyyətinin 9-cu ilində tamamlayan Azersky peyki üzrə optik peyk xidmətləri məlumatları isə cədvəldən çıxarılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR