• Bakı 34° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

SPIEF 2026 bu tarixdə baş tutacaq

İQTİSADİYYAT

06 Avqust 2025 | 11:27

SPIEF 2026 bu tarixdə baş tutacaq

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2026-cı il iyunun 3-dən 6-dək keçiriləcək. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə tədbiri təşkil edən Roskonqres Fondu məlumat yayıb.

Məlumata görə, Rusiyanın əsas strateji və iqtisadi tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı SPIEF 2026-nın qonağı olacaq. Forum iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümünə təsadüf edir.

Xatırladaq ki, 2025-ci ildə forum 144 ölkədən və ərazidən olan iştirakçıları bir araya toplayıb. Nəticədə ümumi dəyəri 6,5 trilyon rubldan çox olan 1116 müqavilə bağlanıb. Yüksək texnologiyalar, infrastruktur, enerji, ekologiya və beynəlxalq tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Avqust 2025