24-26 sentyabr tarixlərində Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MDB-nin İnternet portalı məlumat yayıb.
Forum milli statistika xidmətlərinin, beynəlxalq təşkilatların, dövlət qurumlarının və tədqiqat dairələrinin nümayəndələrini bir araya gətirəcək.
Forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunacaq. İştirakçılar metodologiya, milli və beynəlxalq təcrübə, həmçinin qlobal statistik təşəbbüslər (Milli Hesablar Sistemi 2025, əhali və mənzil fondunun siyahıyaalınması (2030-cu il raundu və s.), eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqinin həyata keçirilməsi perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, layihələrin səmərəliliyinin əsas amillərinə: informasiya texnologiyalarının tətbiqinə, smart məlumatların inteqrasiyası və istifadəsinə xüsusi diqqət yetiriləcək.