• Bakı 21° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Dövlət qiymətli kağızlarının həcmi 1 milyard manat azalıb

İQTİSADİYYAT

04 Oktyabr 2025 | 14:24

Dövlət qiymətli kağızlarının həcmi 1 milyard manat azalıb

Bu il iyun ayının sonuna tədavüldə olan dövlət qiymətli kağızlarının həcmi 11% və yaxud 1 milyard manat azalaraq 8.5 milyard manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda məlumat verilib.

Məlumata görə, azalmanı şərtləndirən əsas amil cari ilin ilk yarısında Maliyyə Nazirliyi tərəfindən yeni emissiyanın təşkil edilməməsi olub.

Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində tədavüldə olan dövlət istiqrazlarının həcmi isə ötən ilin sonuna nisbətdə 15% və yaxud 1.5 milyard manat azalaraq 7.9 milyard manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Bank notlarının dövriyyədəki həcmi 2.9 dəfə və yaxud 0.4 milyard manat artaraq 0.6 milyard manata çatıb.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025