• Bakı 24° C

    9.02 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

AMB və Çin Xalq Bankı arasında Anlaşma

İQTİSADİYYAT

04 Sentyabr 2025 | 16:06

AMB və Çin Xalq Bankı arasında Anlaşma

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakıvaxtı.az bu barədə AMB məlumat yayıb.

Bankdan bildirilib ki, memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək.

Qeyd edilib ki, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

 


SON XƏBƏRLƏR