• Bakı 24° C

    5.8 m/s

Paytaxt təhsil işçilərinin sentyabr konfransı keçirilib

CƏMİYYƏT

04 Sentyabr 2025 | 13:50 | Müəllif: Əli Hüseynov

Paytaxt təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 4-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı start götürüb. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, idarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Konfransda yeni tədris ili üçün prioritetlər açıqlanıb. Məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin artırılması, rəqəmsal bacarıqların inkişafı, dərsə davamiyyətin yüksəldilməsi və inklüziv təhsilin gücləndirilməsi əsas hədəflər kimi müəyyən edilib.

Nərminə Hüseynova və Fidan Nəcəfova çıxışlarında görülən işlər, “Rəqəmsal məktəb platforması”nın üstünlükləri və qarşıdakı planlar barədə məlumat veriblər.

Konfrans müzakirələrlə davam edib, sabah isə panel görüşlərdə seçilmiş fənn müəllimləri ilə fəaliyyət planı və təkliflər paketi hazırlanacaq.


Paytaxt təhsil işçilərinin sentyabr konfransı keçirilibPaytaxt təhsil işçilərinin sentyabr konfransı keçirilibPaytaxt təhsil işçilərinin sentyabr konfransı keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026