Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 74,445 milyon ABŞ dolları dəyərində polad idxal edib.
Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 % çoxdur.
Sentyabrda Türkiyə Azərbaycana 8,276 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,1 % azdır.
Türkiyənin 9 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,1 % artaraq 12 milyard 456 milyon ABŞ dolları, sentyabrda isə 2,1 % artaraq 1 milyard 497 milyon ABŞ dolları olub. Türkiyədən ən çox idxalı Rumıniya 1 milyard 072,609 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 3,2 % çox), İtaliya 872 milyon ABŞ dolları (+5,9 %) və Almaniya 572 milyon ABŞ dolları (+7,7 %) həyata keçirib.