• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Partiya sədri: Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır

CƏMİYYƏT

03 Noyabr 2025 | 11:11

Partiya sədri: Türkiyənin Ermənistanla münasibətində qırmızı xətti Azərbaycandır


Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi mətbuat üçün brifinqdə deyib.

"Ermənistan Azərbaycanla olan şərtlərini tamamilə yerinə yetirdikdən sonra Türkiyə Ermənistan münasibətlərindən danışmaq olar",- o bildirib.

Partiya sədri Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkib: "Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru əlaqəsinin olmaması Türk dünyasında bir bağ qopması deməkdir. Bu mənada, dəhliz son dərəcə vacibdir və Ermənistan üçün də yaxşı vədlər ehtiva edir".

O Zəngəzur dəhlizinin Amerika, Çin, İran kimi ölkələr üçün də əhəmiyyətli olduğunu qeyd edib.


SON XƏBƏRLƏR

19 Dekabr 2025