• Bakı 23° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Azərbaycanla Vyetnam arasında hərbi əməkdaşlıq müzakirə olunub

CƏMİYYƏT

04 Sentyabr 2025 | 16:56

Azərbaycanla Vyetnam arasında hərbi əməkdaşlıq müzakirə olunub

Vyetnamda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb. 

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.

Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın müdafiə naziri "Xatirə dəftəri"nə ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə "Niyyət məktubu" imzalanıb.


SON XƏBƏRLƏR