• Bakı 21° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Türkdilli ölkələrin və icmaların qadın liderləri parlamentdə - FOTOLAR

CƏMİYYƏT

04 Oktyabr 2025 | 13:56

Türkdilli ölkələrin və icmaların qadın liderləri parlamentdə - FOTOLAR

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində türkdilli ölkələrin və icmaların qadın liderləri ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, toplantıda komitə sədri Fazil Mustafa, Milli Məclisin deputatları Sahib Alıyev, Səbinə Salmanova və Günay Ağamalı iştirak ediblər.

Görüş “UMAY ANA – Türk Dünyası Qadınlar Birliyi”nin sədri Mualla Uydu Yücelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təşkil olunub.

Toplantıya həmçinin türkdilli ölkələrdən və icmalardan tanınmış qadın nümayəndələr – Marina Semyonova (Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin Mədəniyyət naziri), Turdukan Cumabekova (Qırğızıstan EA Dövlət Hüququ Tədqiqat və İxtisaslaşdırma Bölməsinin rəhbəri), Barşagül İsabek (Güney Qazaxıstan Pedaqoji Universitetinin prorektoru), Qızılgül Tagandurduyeva (Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu adına Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı), Ayşin Kaya Şişman (İstanbul Gedik Universitetinin Qadın Sahibkarlığı Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri), Refika Muhammedgil (Dünya Axıskalı Türklər Birliyinin Qadın Qollarının başqanı) və “UMAY ANA – Türk Dünyası Qadınlar Birliyi”nin Azərbaycan təmsilçisi Xuraman Ağamirzə qatılıblar.

Görüşdə türkdilli ölkələrin qadın liderləri arasında əməkdaşlığın önəmi vurğulanıb. Çıxışlarda qeyd olunub ki, ictimai birliklər, xüsusilə qadın təşkilatları cəmiyyətin inteqrasiyasında, maariflənməsində və həmrəyliyin təmin edilməsində mühüm rol oynayır.

Bildirilib ki, Azərbaycan qadınların beynəlxalq əməkdaşlığına, yeni təşəbbüslərə və birgə layihələrə həmişə açıqdır.

Müzakirələrdə Türk dünyası tarixində qadının yeri və rolu, çağdaş örnəklər, qadınların ictimai-siyasi həyatda fəallığının artması diqqət mərkəzinə gətirilib.

Xüsusi olaraq Heydər Əliyev Fondunun prezidenti və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar və mədəni layihələr minnətdarlıqla vurğulanıb. Bu təşəbbüslərin qadınların ictimai-siyasi fəallığının artırılmasına və türk dünyasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Tədbir iştirakçıları türkdilli ölkələrin qadın təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı dəstəyin artırılmasının vacibliyini xüsusi olaraq qeyd ediblər.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025