Kriminal dairələrdə Kaxa Zuqdidiski kimi daha çox tanınan 63 yaşlı gürcü “qanuni oğru” Kaxaber Alşibaya Fransanın Renn şəhərindəki (Bretan) həbsxanada vəfat edib.
Bakıvaxtı.az lent.az-a istinadla xəbər verir ki, Kaxanın ölüm səbəbi həbsxanada diaqnoz qoyulan ağciyər xərçəngi olub.
Kaxa Zuqdidiski ziyalı ailəsində doğulub, lakin o və iki qardaşı cinayətkar olublar. Kaxanın qardaşlarından biri 1993-cü ildə Gürcüstanın qərbindəki Zuqdidi şəhərində çay fabrikinin yaxınlığında dörd şəriki ilə birlikdə öldürülüb.
Kaxa Moskva və Leninqradda oğurluğa görə üç dəfə məhkum edilib. Batumidən olan “qanuni oğru” Zuri Tsintsadzenin anadan olmasının 50 illiyi münasibətilə keçirilən toplantıda o, Koça Cinçaradze (Kurşa), Karlo Çxikvadze və Çiro Şoniya ilə görüşüb.
Kaxa Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin repressiyalarından çox əvvəl Fransaya köçən ilk gürcülərdən biridir və orada "oğru işini" davam etdirib və müntəzəm olaraq həbsxanaya düşüb. Kaxa sonuncu dəfə 2021-ci ilin fevral ayında gürcü cinayətkarlarına qarşı genişmiqyaslı Avropol əməliyyatı zamanı həbs olunub.
Bakı 



