• Bakı 23° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Rusiya Ermənistanla ticarət dövriyyəsinin həcmini iki dəfə azaldıb

İQTİSADİYYAT

04 Sentyabr 2025 | 16:41

Rusiya Ermənistanla ticarət dövriyyəsinin həcmini iki dəfə azaldıb

Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət bu il nəzərəçarpacaq dərəcədə azalıb.

Bakıvaxtı.az "İnterfaks"a istnadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər  Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi  6 milyard dollardan bir qədər çox ola bilər. Bu isə 2024-cü illə müqayisədə iki dəfə çoxdur:

"Bu ildən etibarən Ermənistan ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qərar qəbul etmə prosesinə başlayıb. Ermənistanın qərarı Rusiya Federasiyası ilə iqtisadi münasibətlərə mənfi təsir göstərib. Rusiya biznesləri hələ 2024-cü ildə Ermənistan bazarında əməliyyatları tədricən azaltmağa başlayıb".

Qeyd edək ki, Rusiya və Ermənistanın hakimiyyət orqanları İrəvanın Aİ və ölkənin hazırda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla birlikdə üzvü olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) eyni vaxtda üzv olmasının mümkünsüzlüyünü qeyd ediblər.

Gülşən Şərif


SON XƏBƏRLƏR