• Bakı 21° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci azaldıb

İQTİSADİYYAT

04 Oktyabr 2025 | 14:07

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 15,871 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % azdır.

Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 1,775 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % azdır.

9 ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,8 % azalaraq 1,903 milyard ABŞ dollarına, sentyabrda isə 0,1 % azalaraq 226,756 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox meyvə və tərəvəz məhsulları idxalını ABŞ 270 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,3 % az), Almaniya 255,252 milyon ABŞ dolları (- 4,5 %) və Böyük Britaniya 136,139 milyon ABŞ dolları (- 0,1 %) dəyərində həyata keçirib.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025