• Bakı 16° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Su İdman Kompleksi yaxınlığında qəza - YENİLƏNİB + VİDEO

HADİSƏ

03 Oktyabr 2025 | 23:09

Su İdman Kompleksi yaxınlığında qəza - YENİLƏNİB + VİDEO

Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Su İdman Kompleksi qarşısında qeydə alınıb.

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

DİN-dən bildirilib ki, saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Hyundai” markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel” markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025