• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bakıda oğurluq edənlər tutulublar

HADİSƏ

04 Oktyabr 2025 | 13:31 | Müəllif: Gülşən Şərif

Bakıda oğurluq edənlər tutulublar

 Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək 808 manatlarının, eyni zamanda 2 ədəd mobil telefonlarının talanmasını bildiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakıvaxtı.az-a Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı V.Rəsulov və əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 37 yaşlı F.Səfərov müəyyən edilərək saxlanılıblar.

Xətai rayonunda isə mağazaların birindən 250 manat və 500 manatlıq tütün məmulatını oğurlamaqda şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş 30 yaşlı V.Mirzəbabayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026