• Bakı 21° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Los-Anceles meriyası təcili təxliyə edildi  

DÜNYA

04 Oktyabr 2025 | 14:28

Los-Anceles meriyası təcili təxliyə edildi  

ABŞ-nin Los-Anceles şəhərinin meriyası təcili şəkildə təxliyə olunub. Buna səbəb binanın girişində baş verən avtomobil qəzası olub. Məsələ burasındadır ki, sürücü təxminən iki saat ərzində maşınından düşməyə imtina edib.

Bakıvaxtı.az bu barədə "Los Angeles Times"a istinadla xəbər verir.

Məlumata görə, hadisə şəhərin mərkəzində ciddi gərginlik yaradıb. Ətraf küçə və yolların çıxışları dərhal bağlanıb, nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Yalnız polis əməkdaşlarının uzunmüddətli danışıqlarından sonra kişi könüllü şəkildə maşından çıxıb və dərhal saxlanılıb. İstehkamçılar avtomobili diqqətlə yoxlayıblar.

Hazırda istintaq aparılır və kişinin motivləri araşdırılır.

Təcili yardım xidmətləri isə vətəndaşların və meriya əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün ərazidə nəzarəti davam etdirir.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025