• Bakı 13° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Netanyahu Trampın planı barədə brifinq keçirdi

DÜNYA

03 Noyabr 2025 | 09:49

Netanyahu Trampın planı barədə brifinq keçirdi

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzzədə atəşkəs planının icrasına dair amerikalı nümayəndə heyəti ilə brifinq keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Netanyahu Qüdsdəki ofisində Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, səfir Ariye Laytstoun və Ağ Evin baş məsləhətçisi Coş Qrinbaumla görüşüb.

Görüşdə nümayəndə heyəti Trampın 20 maddədən ibarət atəşkəs planının yerinə yetirilməsi barədə son vəziyyətlə bağlı məlumat verib.

Qeyd edək ki, Qəzzada atəşkəs qüvvədə olsa da, İsrail ordusu hücumlarını davam etdirir və humanitar yardımın bölgəyə girişini məhdudlaşdırır.

Əli Hüseynov


SON XƏBƏRLƏR